Lion körfəzi

coğ. Lion (golfe du)

linotipist
Lis(s)abon
OBASTAN VİKİ
Lion
Lion (fr. Lyon [ljɔ̃]}}) — Fransada şəhər, Ron-Alp bölgəsinin, Ron departamentini və 14 kantonun inzibati mərkəzi. Lion "Böyük Lionun" (fr. Grand Lyon), və ya 37 inzibati vahiddən ibarət Lyon şəhərlər cəmiyyətinin (fr:Communauté urbaine de Lyon) mərkəzidir. 1,2 milyon nəfər əhalisi vardır.
Lion (rayon)
== İstinadlar ==
Lion Feyxtvanger
Lion Feyxtvanger (alm. Lion Feuchtwanger‎; 7 iyul 1884[…], Münxen – 21 dekabr 1958[…], Los-Anceles, Kaliforniya) — yəhudi əsilli alman yazıçı. == Həyatı == Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger 1884-cü il iyulun 7-də Münhen şəhərində anadan olub. Berlin və Münhen şəhərlərində filoloji təhsil alıb. Jurnalistika və teatr tənqidi ilə məşğul olub. Fəlsəfə elmləri doktoru adını alıb. 1933-cü ildə faşistlərin Almaniyada hakimiyyətə gəlməsindən sonra Fransaya mühacirət edərək orada yaşayıb. Feyxtvanger beynəlxalq mədəniyyəti müdafiə hərəkatında iştirak edib, B.Brext və B.Bredel ilə birgə 1936-1939-cu illərdə Moskvada almanca nəşr olunan "Söz" (Das Vort) jurnalının redaktoru olub, "Moskva – 1937" kitabını yazıb. 1940-cı ildə Fransa hökumətinin mürtəce siyasətini tənqid etdiyinə görə həbs düşərgəsinə salınıb, alman qoşunları Fransanı işğal edərkən çətinliklə xilas olub. Feyxtvangerin "Hərbi əsirlər" (1918), "Sülh" (1918) şeirlərində, həmçinin "Gözləmə zalı" trilogiyasında, "Müvəffəqiyyət" (1930) "Oppenheymlər ailəsi" (1933), "Sürgün" (1939), "Lautenzak qardaşları" (1943) romanlarında faşizm ifşa olunur.
Lion üsyanı
Lyon üsyanı (fr. Soulèvement de Lyon contre la Convention nationale) — 1793-cü ilin iyunundan noyabrına qədər davam etmişdir. Bu üsyanın səbəbi jirondistlər və montanyarlar arasında mübarizənin qızışması idi. Beləki, jirondistlər Lyonda hakimiyyətə gəlir və Respublikaya olan bağlılıqlarını bildirirlər, lakin Parisdə olan yakobinlər və montanyarlar onlara qarşı çıxırlar. == İqtisadi böhranla üzləşən bir şəhər == 1789-cu ildə Lyon əhalisinin sayının 100.000 keçməsinə görə Parisdən sonra Fransadakı ən böyük şəhər idi. Şəhər bankçılıq, ticarət və istehsal üçün regional bir mərkəz olmuşdu. Məşğulluq baxımından onun aparıcı sənayesi ipək toxuculuğu idi, beləki əhalinin üçdə bir hissəsi bu fəaliyyətlə məşğul idi. 1789-cu ildə ipək toxuculuğu bütün Fransanı iqtisadiyyatını əhatə edən böyük iqtisadi böhranda idi. Bu şəhər ingilis yazar Artur Yunq tərəfindən ziyarət edilir və o qeyd edirdi: Vergi üsyanları 1789-cu ilin iyununda və 1790-cı ilin iyulunda baş verir. Xalq ümid edirdiki, Silklər Məclisinin 1789-cu ildəki toplantısından sonra ticarət oliqarxlarının vergi imtiyazları aradan qaldırılacaq, amma bunun əksinə olaraq oktrua vergisi vasitəsilə əsas yük yenə də aşağı təbəqənin üzərinə düşürdü.
Lion inzibati rayon
== İstinadlar ==
Olimpik Lion FK
Olimpik Lion FK — klubun əsası 1950-ci ildə qoyulmuşdur. Fransanın Lion şəhərini təmsil edir.
Sangatsu no Lion
March Comes in like a Lion (azərb. Mart şir kimi gəlir‎), Yaponiyada tanınan adı ilə Sangatsu no Lion və ya 3-gatsu no Lion (3月のライオン, Sangatsu no Raion, azərb. Mart şiri‎) — Çika Uminonun yaratdığı manqa. Hakusensha nəşriyyatının Young Animal seynen jurnalında 2007-ci ilin iyul ayından bu günə kimi çap olunur. 2009-cu ildə Manqa Tayşö mükafatına nominasiya olunub və 2011-ci ildə həmin mükafatı qazandı. Həmin il Kodansha nəşriyyatının "Ümumi" kateqoriyasındaki mükafatına layiq olundu. Manqanın anime adaptasiyası 8 oktyabr 2016-cı ildən 18 mart 2017-ci ilə qədər NHK kanalında yayımlanmağa başlayıb, ikinci mövsüm 2017-ci ilin oktyabr ayından yayımlanacaq. == Məzmun == Hekayə Tokioda baş tutur. Baş qəhrəman 17 yaşlı Rey Kiriyama (桐山 零) peşəkar şogi oyunçusudur. Valideynləri və bacısı dünyalarını dəyişdirdiyi avtomobil qəzasından sonra atasının dostu Koda onu ailəsinə qəbul edir və şogi oynamağı öyrədir.
3-gatsu no Lion
March Comes in like a Lion (azərb. Mart şir kimi gəlir‎), Yaponiyada tanınan adı ilə Sangatsu no Lion və ya 3-gatsu no Lion (3月のライオン, Sangatsu no Raion, azərb. Mart şiri‎) — Çika Uminonun yaratdığı manqa. Hakusensha nəşriyyatının Young Animal seynen jurnalında 2007-ci ilin iyul ayından bu günə kimi çap olunur. 2009-cu ildə Manqa Tayşö mükafatına nominasiya olunub və 2011-ci ildə həmin mükafatı qazandı. Həmin il Kodansha nəşriyyatının "Ümumi" kateqoriyasındaki mükafatına layiq olundu. Manqanın anime adaptasiyası 8 oktyabr 2016-cı ildən 18 mart 2017-ci ilə qədər NHK kanalında yayımlanmağa başlayıb, ikinci mövsüm 2017-ci ilin oktyabr ayından yayımlanacaq. == Məzmun == Hekayə Tokioda baş tutur. Baş qəhrəman 17 yaşlı Rey Kiriyama (桐山 零) peşəkar şogi oyunçusudur. Valideynləri və bacısı dünyalarını dəyişdirdiyi avtomobil qəzasından sonra atasının dostu Koda onu ailəsinə qəbul edir və şogi oynamağı öyrədir.
Abşeron körfəzi
Abşeron körfəzi — Abşeron yarımadasının şərqində mövqe tutur. Körfəzdə Abşeron arxipelaqının adaları yerləşir. Bunlardan Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava, Tava altı, Yal, Dardanel, Koltiş, Urunus və Qu (ada) adını çəkmək olar. 1944 ildə Pirallahı Abşeron yarımdasından ayıran Abşeron boğazıda "Damba" tipli körpü çəkilir. Bundan sonra körfəz rəsmən iki yerə: "Cənubi və Şimali Abşeron körfəzinə" bölünür. Körfəzlər adını isə eyni adlı yarımadadan götürmüşdür. Şimali Abşeron körfəzinin sahəsi 24 km², Cənubi Abşeron körfəzinin sahəsi isə iki dəfə kiçikdir. Körfəzdə orta dərinlik 3,4 m, maksimal dərinlik isə 11 - 12 metrdir. Yayda suyunun orta temperaturu 24 °C, qışda isə 3-5 °C təşkil edir. Körfəz inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir.
Aden körfəzi
ƏdƏsn körfəzi (ərəb. خليج عدن‎, fr. golfe d'Aden) Ərəb dənizində yerləşən və Hind okeanına aid olan körfəz. Körfəzinin şimal sahilində Ərəbistan yarımadası və orda olan Yəmən ölkəsi məskunlaşıb, şərq və qərbdə isə Afrika kontinenti ilə Somali və Cibuti. Həmdə qərbdə Tacura körfəzinidə qeyd etmək olar. Şərq sərhədi Qvardafuy burnunun meridianı sayılır (51°16’E). Körfəz Babülməndəb boğazı vasitəsilə Qırmızı dənizlə birləşir. Körfəzin iqtisadi əhəmiyyəti ondadıki, o, Fars körfəzindən Avropaya neftin nəqli üçün su yolu kimi istifadə edilir. XXI əsrdən başlayaraq burada dəniz quldurluğu problemi ortaya çıxmışdı. Əsas limanları: Əl Mukəlla (Yəmən), Ədən (Yəmən), Cibuti (Cibuti), Berabera (Somali) == Etimologiyası == Körfəz Öz adını Yəmənin əvvəlki paytaxtı və ən böyük şəhəri olan Ədən şəhərindən alıb.Liman-şəhər olan Ədən bu körfəzin ismini daşıyır.
Akaba körfəzi
Akaba körfəzi ya Əqəbə körfəzi (ərəb. خليج العقبة‎; ivr. ‏מפרץ אילת‏‎) — Qırmızı dənizin şimalında yer alan körfəz. İsraildə Eylat körfəzi adıyla bilinir. Qərbində Sinay yarımadası, şərqində Səudiyyə Ərəbistanı, şimalında isə İsrail və İordaniya yerləşir. Körfəzin sahəsi 239 km², sahil xətdinin uzunluğu 180 km, maksimal dərinliyi 1828 m, şəffalığı 50 m təşkil edir. Şimalında üç əhəmiyyətli liman şəhəri, Taba (Misir), Eylat (İsrail) və Aqaba (İordaniya) var.
Alyaska körfəzi
Alyaska körfəzi - Sakit okeanın şimali-şərq hissəsinə verilən ad. Təxmini 1.533.280 km² ərazini əhatə edən Alyaska körfəzinin əsas axıntısı, körfəz sularına nisbətən daha isti və saatın əks istiqamətində doğru axan Alyska axıntısıdır. Alyaska körfəzinin sahillərində Ankoric, Sivard və Valdez kimi liman şəhərləri yerləşir.
Amundsen körfəzi
Amundsen körfəzi— Kanadanın şimal-qərb hissəsində Bank və Viktoriya adaları arasında körfəz.
Anabar körfəzi
Anabar körfəzi — Laptevlər dənizinin cənub-qərbində yerləşir. Norvik yarımadası ilə materik arasında yerləşir. Cənub hissəsini Anabar buxtası təşkil edir. Materikin daxilinə 67 km daxil olur. Eni 76 km, dərinliyi 17 metrdir. Buxtanın sahil əraziləri tundra bitkiləri ilə örtülüdür. Oktyabrdan iyula qədər səthi buzla örtülüdür. Körfəzə Pesçanaya, Xarıyalax, Samaskaskaya, Mus-Xaya çayları tökülür. Şərq sahilləri hamardır. Şərq sahilləri isə sıldırımlıdır və hündürlük 50 metrdir Arktika araşdırmaçısı Eduard Toll Anabar körfəzində 1893-cü ildə araşdırma işləri aparmışdır İnzibati cəhətdən Rusiyanın Yakutiya Respublikası ərazisinə daxildir.
Antalya körfəzi
Antalya körfəzi (türk. Antalya Körfezi) — Türkiyənin cənubunda yerləşən körfəz == Təsviri == Körfəz şərqdən Anamurdan başlayaraq qərbdə Tavr dağlarına qədər uzanır. Düz üzrə uzunluğu 200 km təşkil edir. Körfəzdə hər hansı əhəmiyyətli adalar yoxdur. Burada Kəmər şəhərindən Qazipaşaya qədər 200 km uzunluğu olan Türk Riviera adlanan məşhur kurort bölgəsi yerləşir == Yerlər == Körfəz regionunun iqtisadiyyatının ən mühüm sahəsi turizmdi. Körfəz ərtafında Antalya şəhərindən başqa, Kəmər, Belek, Side, Manavqat və Alanya şəhərləri yerləşirlər.
Aqaba körfəzi
Akaba körfəzi ya Əqəbə körfəzi (ərəb. خليج العقبة‎; ivr. ‏מפרץ אילת‏‎) — Qırmızı dənizin şimalında yer alan körfəz. İsraildə Eylat körfəzi adıyla bilinir. Qərbində Sinay yarımadası, şərqində Səudiyyə Ərəbistanı, şimalında isə İsrail və İordaniya yerləşir. Körfəzin sahəsi 239 km², sahil xətdinin uzunluğu 180 km, maksimal dərinliyi 1828 m, şəffalığı 50 m təşkil edir. Şimalında üç əhəmiyyətli liman şəhəri, Taba (Misir), Eylat (İsrail) və Aqaba (İordaniya) var.
Arabat körfəzi
Arabat körfəzi (ukr. Арабатська затока, krımtat. Arabat körfezi, Арабат корьфези) — Azov dənizinin cənubunda körfəz. Arbat körfəzi Arbat əqrəbi ilə Kerç yarımadası arasında yerləşir. Körfəzin girişi ( ayrıca dənizlə məhdudlaşmır) 45 km-dir. Kerç yarımadasına doğru 20 km daxil olmuş. Körfəzin qərb sahilləri alçaqdır, cənub-şərq və cənub sahillər isə yarğan tiplidir. Körfəz öz adını keçmişdə sahildə mövcud olmuş Arbat qəsrindən almış. Arbat körfəzinin sahilində bir neçə kənd yerləşir. Bunlardan daha böyük olanı Semyonovka, Zavodskoe, Nasır və Kamenskoe.
Avaça körfəzi
Avaça körfəzi (rus. Авачинская бухта) — Sakit okeanda, Kamçatka yarımadasının cənub-şərqində buxta. Uzunluğu 24 kilometr, eni (girişində) 3 kilometr, dərinliyi 26 metrdir. Avaça körfəzinin şimal sahilində Petropavlovsk-Kamçatski şəhəri (portu) var. Liman balıçılıq və yük daşımalarında istifadə edilən gəmiləri qəbul edir. Buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. == Qısa təsvir == Dünyanın ən böyük buxtalarından biridir. Dünyanın istənilən tip gəmilərini qəbul edir. Avaçi körfəzinin qapalı hissəsini təşkil edir. Buxta 24 km uzunluğa və 3 km enə malikdir (girəcəkdə).
Avaçi körfəzi
Avaçi körfəzi — Sakit okean sahillərində yerləşən körfəz. Körfəz öz növbəsində iki hissədən ibarətdir ki, burada açıq hissə Avaçi körfəzi, qapalı hissə isə Avaçi buxtası adlanır. Daxilində bir çox buxtalar yerləşir: Tarya, Tixoya, Rakovata, Babiya, Petrovavlovskaya, Seroqlazka, Moxovaya və s. Körfəz və buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. Avaçi körfəzinə Avaça və Paratunka çayları tökülür. Körfəzdə yerləşən Kraşennikov və Stariçkov adaları quş koloniyalarının əsas düşərgəsi olduğundan xüsusi qorunan ərazi elan edilmişdir. == Mənbə == История плавания В. Беринга на боте «Св.
Bakı körfəzi
Bakı buxtası və ya Bakı körfəzi — Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənubundadır. Şərqdə Sultan Burnu, cənub-qərbdə Şıx burnu, cənub-şərq və cənubda Qum, Daş Zirə (Vulf), Böyük Zirə (Nargin) adaları ilə əhatə olunmuşdur. Sahəsi 50 km², sahil xəttinin uzunluğu 20 km. Bakı buxtası şimal və şimal qərb küləyindən qorunduğuna görə gəmilərin daldalanması üçün əlverişlidir. Şiddətli küləklər zamanı dalğanın hündürlüyü 1.5 metrə çatır. Axınları zəifdir. Bakı portu buxtanın şimal sahilindədir. == Tarixi == Bakı körfəzi I-VII əsrlərə qədər quraq olmuş və yaxınlığındakı adalarla quru əlaqəyə malik olmuşdur. Ptolemeyin xəitəsinə görə II əsrdə Bakı dənizdən xeyli aralı yerləşmişdir. VII əsrdən başlayaraq IX əsrə qədər Xəzər dənizinin səviyyəsi kəskin qalxmağa başlamış və nəticədə Bakı buxtası formalaşmışdır.
Balxan körfəzi
Balxan körfəzi — Xəzər dənizinin şərqində yerləşir. Türkmənbaşı körfəzinin şimal-şərqində yerləşir. Şimali Çələkən körfəzi ilə Dərdcə yarımadası ilə ayrılır. XX əsrdə uzunluğu 100 km, eni isə 15 km təşkil edirdi. Orta dərinliyi 0,5-1 metrdir. Maksimal dərinliyi 2 metri keçmir. Bu səbəbdən gəmiçilik üçün yararsırdır. Suyuun səviyyəsi qalxarkən körfəz vaxtı ilə mövcud olan çayın estuarisi ilə şərqə genişlənir. Rəvayətə görə buraya Amudərya çayı axırdı. Yüksək buxarlanma səbəbindən burada duzluluq Xəzərdən 2-3 dəfə yüksək olur.
Baydaraskaya körfəzi
Baydaraskaya körfəzi — Kara dənizinin ən iri körfəzlərindən biridir. Qərbdən Yaqorski yarımadası, şərqdən isə Yamal yarımadası ilə əhatələnmişdir. Uzunluğu 180 km, eni çıxacaqda 78 km, dərinliyi isə 20 m təşkil edir. Yayda suyun səthində temperatur 5–6°S olur. Oktyabrdan iyun ayına qədər səthi bütünlüklə buzla örtülü olur. Mərkəzi hissələrdə nadir hallarda donma baş verməyə bilər. Səbəb isə güçlü küləklər və axınlardır. Şimal hissələri isə Kara dənizinə əsən güçlü külətlər səbəbindən bəzi hallarda buzlar mərkəz və cənuba yığılır. Sahilləri hündür deyildir. Əsasən tundra bitkiləri yayılmışdır.
Benqal körfəzi
Benqal körfəzi — Hind okeanının şimal-şərqində yerləşən körfəz. Sahillərində Hindistan, Banqladeş, Myanma və Şri-Lanka yerləşir. Qərbdən Hindustan yarımadasıyla, şərqdə Myanma sahilləri və Andaman və Nikobar adalarının ada qövsələri ilə məhdudlaşdırılıb. Körfəzin şimal qurtaracağında tarixi Benqaliya vilayəti yerləşir, elə körfəzin adı da bu vilayətə görə adlanıb. Dünyanın ən böyük körfəzidir. Benqal körfəzinə Krişna, Qodaveri, Qanq, Brahmaputra, Çauveri, Mahandi , İravadi və Menqxna çayları tökülür. Körfəzin şimal-şərqində isə "Cox's Bazar" adlı dünyanın ən uzun çimərliyi yerləşir (120 km), bu istirahət zonası eyni adlı şəhərdədir. Hidroloji, hidrokimyəvi və başqa parameterlərə görə Benqal körfəzi dənizlərə aid olunur == Etimologiyası == Qədim hind mətnlərinə əsasən, körfəz Mahodbahi adlanırdı. Antik xəritələrdə körfəz ya Sinus Qanqetikus yada Qanqetikus Sinus (tərcüməsi — Qanqın körfəzi) yazılırdı. Çola dövləti körfəz ətrafı əraziləri zəbt edəndə isə bura Çola gölü kimi tanınırdı.
Biskay körfəzi
Biskay körfəzi (isp. Golfo de Vizcaya,Mar Cantábrico, ing. Cantabrian Sea ; fr. Golfe de Gascogne; bask Bizkaiko golkoa; bret. Pleg-mor Gwaskogn; Qaskonca: Golf de Gasconha)- şimalşərq Atlantik okeanında Kelt dənizinin cənubunda yerləşən körfəz. == Əsas şəhərlər == Biskay körfəzinin sahilində əsas şəhərlər bunlardır: Fransa: Brest, Nant, La Roşell, Bordo, Bayonn, Biarritz. İspaniya: Donostia-San Sebastian, Bilbao, Santander, Gijon, Aviles.
Bəhreyn körfəzi
Bahreyn Körfəzi— Qətər yarımadası vasitəsilə suyun əsas hissəsindən ayrılan Səudiyyə Ərəbistanının şərq sahillərində İran körfəzinin giriş hissəsidir. Körfəz Bəhreyn adalarını əhatə edir. Kral Fəhd körpüsü Bəhreyn körfəzinin qərb hissəsini keçərək, Səudiyyə Ərəbistanı ilə Bəhreyn arasında əlaqə yaradır. == Coğrafiyası == Bəhreyn körfəzi, Qətər yarımadası və Səudiyyə Ərəbistanı arasında İran körfəzinin qərb hissəsində uzanan böyük bir körfəzdir. Qətərin şimal hissəsi ilə Səudiyyə Ərəbistanı sahilinə çatmamış altı adadan və bir çox kiçik adacıklar qrupundan ibarət Bəhreyn yerləşir. Bəhreyn körfəzinin bu səbəbdən İran körfəzinə iki girişi var, ucqar qərbində Səudiyyə Ərəbistanına gedən qısa körpü yerləşir. Bəhreyn körfəzinin cənub hissəsinin uzanması Salvah körfəzini formalaşdırır. Bəhreyn adasının cənub-şərqində və Qətər sahillərinə yaxın, indi Bəhreynin bir hissəsi olan Havar adaları uzanır. Səudiyyə Ərəbistanını Bəhreyn adasına birləşdirən Kral Fəhd körpüsünün 26 noyabr 1986-cı ildə təntənəli surətdə açılışı edildi. Körpü bir-birinə bərk bağlanmış beş körpüdən ibarətdir və dizaynı ətraf mühitə təsirini minimuma endirmək üçün seçilmişdir.